EN

HƏMAS tərksilaha hazırdır

ain.az, Azvision saytına istinadən bildirir.

AzVision.az xəbər verir ki, HƏMAS ilə danışıqların iştirakçısı olan amerikalı vasitəçi Bişar Bahbaha istinad edən ərəblərin “Asharq Al-Awsat” nəşri belə məlumat yayıb. “Qəzza danışıqlarında əsas vasitəçi Bişara Bahbah bildirib ki, onunla bir sıra danışıqlar aparan HƏMAS hərəkatı ağır silahların yerə qoyulmasına açıq və buna hazır olduğunu bildirib”, - bəyanatda deyilir. Bişar Bahbah 2024-cü ilin prezidentlik kampaniyası zamanı ABŞ prezidenti Donald Trampı dəstəkləyən bir qrup ərəb əsilli amerikalıya rəhbərlik edib. “CNN” telekanalının mənbələrinin məlumatına görə, Bahbah əvvəllər HƏMAS ilə qeyri-rəsmi əlaqə kanalı yaradıb və bu, ABŞ-yə İsrail əsgəri və Amerika vətəndaşı İdan Aleksandrın Qəzza zolağından azad olunmasını təmin etməyə imkan verib. Daha sonra o, amerikalılarla danışıqlar aparıb. Sahil İsgəndərov

AzVision.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
13
1
azvision.az

2Sources