EN

Azərbaycanınl millisi Türkiyə klubu ilə yoldaşlıq oyunu keçirəcək

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi Türkiyənin "Nesine Aydın Spor" klubu ilə yoldaşlıq oyunu keçirəcək.

Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.

Qarşılaşma noyabrın 9-da, saat 12:00-da Bakı İdman Sarayında təşkil ediləcək.

Bu matç Azəbaycan yığmasının AÇ-2027-nin seçmə mərhələsinə hazırlıq xarakteri daşıyacaq.

Chosen
30
4
fanat.az

8Sources