EN

HƏMAS tərksilaha hazırdır

AzVision.az xəbər verir ki, HƏMAS ilə danışıqların iştirakçısı olan amerikalı vasitəçi Bişar Bahbaha istinad edənərəblərin “Asharq Al-Awsat” nəşri belə məlumat yayıb.

“Qəzza danışıqlarında əsas vasitəçi Bişara Bahbah bildirib ki, onunla bir sıra danışıqlar aparan HƏMAS hərəkatı ağır silahların yerə qoyulmasına açıq və buna hazır olduğunu bildirib”,- bəyanatda deyilir.

Bişar Bahbah 2024-cü ilin prezidentlik kampaniyası zamanı ABŞ prezidenti Donald Trampı dəstəkləyən bir qrup ərəb əsilli amerikalıya rəhbərlik edib.

“CNN” telekanalının mənbələrinin məlumatına görə, Bahbah əvvəllər HƏMAS ilə qeyri-rəsmi əlaqə kanalı yaradıb və bu, ABŞ-yə İsrail əsgəri və Amerika vətəndaşı İdan Aleksandrın Qəzza zolağından azad olunmasını təmin etməyə imkan verib. Daha sonra o, amerikalılarla danışıqlar aparıb.

Sahil İsgəndərov
AzVision.az
Chosen
32
1
azvision.az

2Sources