EN

Gizli araşdırma: İsrail polisi onlarla məmuru saxladı

İsrail polisi iki illik gizli araşdırmadan sonra Ümumi Əmək Federasiyasının (Histadrut) və yerli hakimiyyət orqanlarının yüksəkvəzifəli şəxsləri də daxil olmaqla onlarla işçisini həbs edib.

7News.Az "Ynet" portalına istinadən xəbər verir ki, bu barədə İsrail polisi məlumat verib.

Qeyd olunur ki, şübhəli şəxslər rüşvət, dələduzluq, etimaddan sui-istifadə, çirkli pulların yuyulması və vergi pozuntuları şübhəsi ilə saxlanılıblar.

Məlumata görə, saxlanılanlar arasında Histadrutun sədri Arnon Bar-David də var.
Chosen
21
1
7news.az

2Sources