147 nömrəli Texniki və humanitar fənlər liseyinin direktoru vəzifəsinə Şahmirova Kəmalə Bayram qızı təyin edilib.
Bu barədə APA-nın sorğusuna cavab olaraq BŞTİ-dən məlumat verilib.
Qeyd olunub ki, təhsil müəssisəsində tədris prosesi normal qaydada davam edir.