EN

Azərbaycan beynəxalq yükdaşımalarda regional haba çevrilir- ÖZƏL

"Azərbaycan və Ermənistan arasında əlaqələrin yenidən bərpası və Zəngəzur dəhlizinin istifadəyə verilməsi bütövlükdə region üçün yeni inkişaf imkanları demək olacaq". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib: "Zəngəzur dəhlizi həm Şimal-Cənub, həm də Qərb-Şərq nəqliyyat dəhlizlərinə inteqrasiya oluna biləcək. Bu da nəticə etibarilə yeni dəhlizlərin və yeni layihələrin reallaşması üçün bir zəmin yaradır. O baxımdan Zəngəzur dəhlizi Azərbaycan üzərindən daha çox yüklərin daşınması və bütövlükdə, regionun iqtisadi fayda götürməsi üçün mühüm bir imkandır. Çünki Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycan üzərindən illik olaraq təxminən 35 milyon ton yükün daşınmasına imkan verə bilər. Bu da Azərbaycanı beynəxalq yükdaşımalarda regional haba çevrəcək. Bütövlükdə, Azərbaycanın əldə etdiyi Zəfər daha stabil və  inkişaf etmiş Qafqaza nail olunmasında vacib addım oldu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
55
olaylar.az

1Sources