HƏMAS hərəkatı ağır silahlarını təslim etməyə hazır olduğunu bildirib.
Musavat.com xəbər verir ki, bu barədə Qəzza ilə bağlı danışıqlarda iştirak edən ABŞ vasitəçisi Bişara Bəhbah məlumat verib:
“HƏMAS nümayəndələri mənə açıq şəkildə bildirdilər ki, ağır silahların təhvil verilməsinə hazırdırlar və bu istiqamətdə addım atmağa razılıq veriblər,” – deyə Bəhbah açıqlayıb.
O həmçinin qeyd edib ki, Vaşinqton administrasiyası da bu formatı qəbul etməyə və dəstəkləməyə hazırdır.
Musavat.com