EN

Tsilosani: Erməni deputatlar gürcülərə qarşı düşmən kimi davrandılar

BAKI, 3 noyabr. TELEQRAF

“Avronest Parlament Assambleyasında Gürcüstan əleyhinə qətnaməni imzalayanlar həmin tanınmış avropalı deputatlardır ki, onlar artıq uzun müddətdir gürcülərin düşməni kimi özlərini göstərirlər və bundan əvvəl də bir neçə oxşar qətnamə qəbul ediblər”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin vitse-spikeri Nino Tsilosani deyib.

“Təəssüf ki, həmin sənədi dəstəkləyənlər arasında elə erməni deputatlar da var idi ki, onlar, əslində, öz baş nazirlərinə (Nikol Paşinyan) etimadsızlıq göstərmiş oldular. Çünki Ermənistan Baş naziri rəsmi səfərlərlə dəfələrlə Gürcüstanda olub və xalq tərəfindən seçilmiş hökumət nümayəndələri ilə görüşüb. İndi isə elə bir qətnaməni dəstəkləyirlər ki, orada Gürcüstan hökumətinin guya qeyri-legitimliyindən danışılır. Bu, əslində, onların öz baş nazirlərinə inamsızlıqdır. Bütün bu arqumentlər açıq şəkildə göstərir ki, bu, nə qədər mənasız və məzmundanuzaq sənəddir, onun məqsədi sadəcə Gürcüstana zərər vurmaqdır”, - Nino Tsilosani vurğulayıb.

Avronest Parlament Assambleyasının oktyabrın 31-də dərc etdiyi qətnamədə qeyd olunur ki, son dövrlərdə Gürcüstanda baş verən hadisələr demokratiyanın gerilədiyini göstərir. Avronestin son iclası oktyabrın 30-31 də İrəvanda keçirilib.

Chosen
48
2
teleqraf.com

3Sources