EN

Orban Ukraynaya dəstəkləməkdən imtinanı belə izah etdi

Macarıstanın Baş naziri Viktor Orban ölkəsinin Ukraynanı maliyyələşdirmək üçün heç bir səbəbin olmadığını bildirib.

Qaziler.az bildirir ki, o, bunu özünün X sosial media səhifəsində yazıb.

"Ukraynanı maliyyələşdirmək Macarıstanın işi deyil. Bizim buna heç bir səbəbimiz yoxdur: nə siyasi, nə iqtisadi, nə də mənəvi", - deyə siyasətçi vurğulayıb.

O, "The Economist" jurnalında Ukraynanın münaqişəni davam etdirməsi üçün növbəti dörd il ərzində 400 milyard dollara ehtiyacı olacağı qeyd edilən bir xəbəri şərh edərkən bildirib. "Artıq pul ödəmək istəyən yoxdur", - deyə Macarıstanın Baş naziri əlavə edib.

Eyni zamanda, Orban Ukraynanı dəstəkləmək əvəzinə, növbəti dörd il ərzində səylərini daxili iqtisadiyyatın gücləndirilməsinə yönəltmək niyyətində olduğunu açıqlayıb. "Növbəti dörd il ərzində biz macar ailələrinə, macar bizneslərinə və macar təqaüdçülərinə dəstək verəcəyik", - deyə o vurğulayıb.

QAZİLER.AZ

Chosen
56
qaziler.az

1Sources