EN

Monqolustandan sonra indi də Brazilyadan mal əti gətirilir - Yerli fermerlər iflas edə bilər

Son aylarda Azərbaycana idxal edilən ətlərin qiyməti yerli istehsal olunan ət məhsullarına nisbətən daha ucuzdur. Bu səbəbdən də xaricdən gətirilən ətlərə olan maraq və tələbat nəzərəçarpacaq dərəcədə artıb. Hazırda mağaza və bazarların əksəriyyətində əsasən Monqolustan və Braziliyadan gətirilmiş ətlər satılır.

Rəsmi məlumatlara əsasən, ötən il ölkəyə idxal olunan ətin miqdarı əvvəlki illə müqayisədə 41 faiz artıb. Bu isə idxal məhsullarına olan marağın artdığını göstərir.

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən bildirib ki, istər idxal, istərsə də yerli istehsal olan bütün qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir.

Qurumun açıqlamasında qeyd edilib ki, xaricdən gətirilən diri heyvanlar, eləcə də ət və ət məhsulları mütləq şəkildə qida təhlükəsizliyi yoxlamalarından keçir. İxracatçı ölkələrdəki epizootik vəziyyət nəzərə alınmaqla, məhsulların ölkəyə gətirilməsinə yalnız müvafiq icazə verildikdən sonra imkan yaradılır.

Yüklər Azərbaycana daxil olduqdan sonra Agentliyin regional əməkdaşları tərəfindən baxış keçirilir, nümunələr götürülərək laborator müayinəyə göndərilir. Analiz nəticələri təhlükəsizlik tələblərinə uyğun olduğu halda məhsullar satışa buraxılır.

Bildirilib ki, bu cür məhsulların daşınması, saxlanması və satışı zamanı etiketləmə, saxlama şəraiti və temperatur rejimi kimi qaydalara riayət edilməlidir. İstehlakçılara da məhsul alarkən satıcıdan müvafiq sənədləri tələb etmələri tövsiyə olunur.

Hazırda Monqolustanın quzu ətinin bir kiloqramı 12 manat satılırsa, Brazilyanın mal ətinin kilqoramı 10-12 manat ətrafında dəyişir.

AzÉ™rbaycana É™t idxalının artması isÉ™ öz növbÉ™sindÉ™ yerli tÉ™sÉ™rrüfatların iflas etmÉ™sinÉ™ gÉ™tirib çıxara bilÉ™r. FermerlÉ™r bildirirlÉ™r ki, bir yandan yayılan dabaq xÉ™stÉ™liyi, digÉ™r tÉ™rÉ™fdÉ™n dÉ™ bazara daxil olan idxal É™tlÉ™r onların tÉ™sÉ™rrüfatlarını mÉ™hv edÉ™ bilÉ™r. 

Qeyd edÉ™k ki, hazırda paytaxt Bakıda vÉ™ bölgÉ™lÉ™rdÉ™ bir çox É™t dükanları fÉ™aliyyÉ™tini dayandırıb, insanların É™tÉ™ tÉ™lÉ™batı da yayılan xÉ™stÉ™lik sÉ™bÉ™bindÉ™n kÉ™skin aÅŸağı düşüb. 

 

Chosen
3
4
7news.az

5Sources