Aİ ekoloji standartlarını yumşaltmasa, Qətər mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünü dayandıra bilər .
Publika.az xəbər verir ki, bunu Qətərin energetika naziri Saad bin Şəridə Əl Kaabi bəyan edib.
Energetika nazirinin sözlərinə görə, Avropanın xalis sıfır emissiya tələbi real deyil.
2025-ci ilin birinci rübündə Qətər ABŞ və Rusiyadan sonra Aİ-yə üçüncü ən böyük LNG ixracatçısı olub.