EN

Tramp 2028-ci ildə namizədliyini irəli sürmək barədə düşünmədiyini bildirib

Ajans.az xəbər verir ki,bunu CBS News-a verdiyi müsahibədə Tramp deyib: “Bəli, mən bu barədə heç düşünmürəm. Amma sizə deyim ki, bir çox insan mənim yenidən namizədliyimi irəli sürməyimi istəyir.” Müsahibə 31 oktyabr tarixində qeydə alınıb. Tramp həmçinin əlavə edib ki, Demokratlarla müqayisədə Respublikaçılar güclü namizədlərə malikdir və hələ heç kimin adını çəkməyin tez olduğunu bildirib. O, mümkün varislərdən danışarkən vurğulayıb: “Mən [ABŞ vitse-prezidenti] J.D. Vensi həqiqətən bəyənirəm. Mən [ABŞ Dövlət Katibi] Marko Rubionu bəyənirəm. Bizim inanılmaz namizədlərimiz var.” Qeyd edək ki, ABŞ Konstitusiyasına 22-ci düzəliş prezidentin səlahiyyətlərini iki müddətlə məhdudlaşdırır və bu düzəliş 1951-ci ildə qəbul olunub. Buna baxmayaraq, Tramp dəfələrlə üçüncü müddətə namizəd olma ehtimalını qaldırıb. Keçmiş əsas siyasi strateq Stiv Bennon də yaxınlarda belə bir ehtimaldan danışıb.

 

Chosen
56
Ajans.az

1Sources