Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Antalya, 3 noyabr, Gülay Nəzərova, AZƏRTAC
Hər milləti bir ağac kimi təsəvvür etsək, mədəniyyətçilər onun kökləridir. Kök nə qədər möhkəm və dərin olsa, ağac da bir o qədər böyüyəcək və dünyanın tufanlarına qarşı dayanacaq. Bu gün həmin kök – Azərbaycan millətinin mədəniyyətinin əsasları – Azərbaycan Mədəniyyət Elçilərinin I Forumunda toplanıb.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycanın dünyaşöhrətli fotoqraf Reza Deqati deyib.
"Hesab edirəm ki, bu Forumda çox faydalı və perspektivli məsələlər müzakirə olunacaq. Mədəniyyət və incəsənət sahəsində çalışan hər kəs bu platformadan istifadə edərək, Azərbaycan həqiqətlərini və ölkəmizin əsl sözünü dünyaya çatdırmaq imkanına malikdir”, - deyə Reza Deqati diqqətə çatdırıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.