EN

Əvvəlki "Mançester Siti" qayıdır? - Qvardioladan rahatladan açıqlama

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandasının Premyer Liqanın 10-cu turunda “Bornmut” üzərində qazandığı qələbə (3:1) haqda təəssüratlarını bölüşüb.

Fanat.Az xəbər verir ki, "Euro-football" kataloniyalı mütəxəssisin fikirlərini belə təqdim edib:

"Mən çox sevinirəm ki, komandam ilk dəqiqədən doxsan beşinci dəqiqəyə qədər eyni tempdə oynadı. Belə davam etsələr, heç kim onları dayandıra bilməz. 
Ümid edirəm ki, "Arsenal" bir gün qol buraxacaq. Onlara qarşı oynamaq çətindir. Bizdə yaxşı enerji var. Klublararası dünya çempionatından bəri hiss etdim ki, hazırda özümüzə bənzəyirik. 
Cəmi 10 oyun geridə qalıb, qarşıda isə daha 28 oyun var və bu müddətdə çox şey baş verəcək. Liderə yaxın qalmaq və komandanın getdikcə daha da yaxşılaşdığını hiss etmək vacibdir".

Premyer Liqanın 10 turundan sonra "Mançester Siti" 19 xalla ikinci pillədə qərarlaşıb. "Şəhərlilər" lider "Arsenal"dan 6 xal geri qalır.

Mirağa

Chosen
22
1
fanat.az

2Sources