EN

Məhəllədə sürücülər tumbalarla özlərinə parkinq düzəldib FOTO

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

Bakıxanov sakinləri qanunsuz parklanma yerlərindən narazıdırlar.

Avtosfer.az xəbər verir ki, paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlil bəy Xasməmmədov küçəsi 15 ünvanında yaşayan sakinlər həyətlərinin uzun müddətdir ərazidə quraşdırılan tumbalarla zəbt edildiyini bildirirlər.

Sakinlərin sözlərinə görə, ərazidə bəzi şəxslər həyətin giriş və oyun meydançası hissələrinə özəl dayanacaq yerləri qurublar. Nəticədə uşaqların əvvəl oynadığı və insanların sərbəst hərəkət etdiyi ərazilər hazırda maşınlarla doludur.

“Dəfələrlə müraciət etmişik, amma heç kim bu məsələyə baxmır. Həyətin ortasında parklanma yerləri düzəldiblər, maşınlar daimi saxlanılır. Uşaqlar üçün nə oyun yeri, nə də yaşlılar üçün oturacaq yeri qalıb,” – deyə sakinlər bildiriblər.

Onların sözlərinə görə, bu məsələ təkcə rahatlıq deyil, həm də təhlükəsizlik problemi yaradır. Həyətdə sıxlıq səbəbindən yanğınsöndürən və təcili yardım avtomobillərinin hərəkəti də çətinləşir.

Sakinlər Sabunçu Rayon İcra Hakimiyyətinə və aidiyyəti qurumlara müraciət edərək qanunsuz parkinqlərin yığışdırılmasını, həyətdəki sahənin yenidən sakinlərə qaytarılmasını xahiş ediblər.

Eltac Zülfüqaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
20
1
avtosfer.az

2Sources