EN

Vyetnamda güclü yağışlar nəticəsində 37 nəfər ölüb

Vyetnamda leysan yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 37-yə yüksəlib.

Missiya.Az xəbər verir ki, ölkənin mərkəzi bölgələrində həftə sonundan bəri təsirli olan güclü yağışlar bir sıra ərazilərdə ciddi fəsadlara yol açıb. Təbii fəlakət nəticəsində 5 nəfər itkin düşüb, 60 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bildirilib ki, daşqınlar nəticəsində 120 mindən çox ev su altında qalıb, bəzi avtomobil yolları və körpülər istifadəyə yararsız vəziyyətə düşüb.Fövqəladə Hallar xidməti itkin düşənlərin axtarışı və zərərçəkənlərin təxliyəsi istiqamətində tədbirlər görür.

Hazırda bölgədə yağışların davam etdiyi və yeni torpaq sürüşmələri təhlükəsinin qaldığı qeyd olunur.

Seyranə QuliyevaMissiya.Az

Chosen
25
1
missiya.az

2Sources