EN

"Çelsi"nin baş məşqçisi: "Qarabağ"ı izləyəcəyik, dayanmaq olmaz”

"Çelsi"nin baş məşqçisi Entso Mareska Çempionlar Liqasının əsas mərhələsində üz-üzə gələcəkləri "Qarabağ"ın oyunlarını izləyəcək.

Sportinfo.az xəbər verir ki, yerli mətbuata açıqlama verən mütəxəssis sıx qrafiklə oynadıqlarını xatırladıb.

O, növbəti matçlara köklənməli olduqlarını söyləyib:

"Qələbə qazandığımız vaxtda belə irəli baxmaq lazımdır. Liqa Kubokunda "Vulverhempton"la (4:3) qarşılaşmadan sonra təyyarədə və avtobusda "Tottenhem"in oyunlarını izləməyə başladıq.

Sonra isə "Qarabağ"ı izləyəcəyik. Dayanmaq olmaz. Növbəti matça köklənməli və hər dəfə yeni bir şey öyrənməlisən".

"Çelsi" ötən gün İngiltərə Premyer Liqasının X turunda "Tottenhem"i məğlub edib - 1:0.

London təmsilçisi noyabrın 5-də Çempionlar Liqasının əsas mərhələsinin IV turunda "Qarabağ"ın qonağı olacaq.

Chosen
72
sportinfo.az

1Sources