Qeyd etmək istərdim ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uşaqların təlim-tərbiyəsi və rifahı dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Eyni zamanda, hörmətli Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən bölgələrdə uşaq bağçalarının yenidən qurulması və genişləndirilməsi sahəsində görülən işlər xüsusi təqdirəlayiqdir.
Uşaqların sağlam, təhlükəsiz və müasir tələblərə uyğun mühitdə böyüməsi hər birimizin məsuliyyətidir. Bu baxımdan istərdik ki, Samux kənd körpələr evi-uşaq bağçasına aidiyyəti qurumlar tərəfindən xüsusi diqqət göstərilsin, burada müasir tədris və oyun mühitinin yaradılması, istilik sisteminin qurulması istiqamətində zəruri addımlar atılsın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31