EN

Bakıda avtobus sürücüsü döyüldü

Bakıda sərnişin avtobus sürücüsünü döyüb.

"BakuBus" MMC-dən Bizim.Media-ya verilən məlumatda bildirilir ki, hadisə oktyabrın 31-də saat 08:50 radələrində baş verib.
 

"BakuBus" MMC-nin istismarında olan 20 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan avtobusların birində dayanacaqda sürücü və sərnişin arasında anlaşılmazlıq baş verib. Sərnişin qeyri-adekvat davranış nümayiş etdirib və sürücüyə qarşı fiziki təzyiq göstərib.


Hadisə barədə dərhal ərazidə xidmət aparan polis əməkdaşlarına məlumat verilib.

Faktla bağlı aidiyyəti qurum tərəfindən araşdırma aparılır.

Bizim.Media

Chosen
18
4
bizim.media

8Sources