EN

Rəqs edən rənglər

Xətai Sənət Mərkəzində "Rəqs edən rənglər" adlı sərginin açılışı olub. Sərgi, "Xəmsə Art Group", "IWS Sumqayıt Art Center" və "Rəngarəng Zəkalar" Tədris və İnkişaf Mərkəzinin dəstəyi ilə  5–15 yaşlı uşaqların yaradıcılığını stimullaşdırmaq və bədii zövqünün inkişafına dəstək olmaq məqsədi ilə keçirilib.

Rəssam Gövhər Məmmədova sərgini giriş sözü ilə açaraq iştirakçıları və qonaqları salamlayıb. Xətai Sənət Mərkəzinin müəllimi Rəssam Gündüz Həbibov və Uşaq İnkişafı üzrə ekspert Aygün Səfərova öz ürək sözlərini bölüşüblər. Sonra, sərgi iştirakçılarına sertifikatlar və təşəkkürnamələr təqdim olunub.

Bədii hissədə, xoreoqraf Vəfa Hacıyevanın rəhbərliyi ilə tələbə rəqqaslar rəqs performansı ilə sərgiyə rəngarənglik qatıblar. Sərgidə, həmçinin "Edu Grata" Təhsil mərkəzinin müəllimi Fatimə Əliyeva, "Piramida"Tədris Mərkəzinin müəllimi Günel Zamanova, "ASahad art "Rəssamlıq və Sənət Mərkəzinin rəhbər müəllimi Ayiba Sahad, "Able kids club"-un rəhbəri Aygün Səfərova, 5 nömrəli Uşaq və Gənclər inkişaf mərkəzinin müəllimi Nigar Əzimova, "Nuranə-art studio"nun rəhbəri Nuranə Hüseynova, "Mübariz İbrahimov"adına rəsm kursunun müəllimi Aygün Əfəndiyeva, "Montesssori Akademiya"nın müəllimi Yeganə Məmmədova və başqaları  tələbələri ilə iştirak ediblər.

Qeyd edək ki, sərginin media dəstəkçiləri Xalq qazeti.az, AZpress.AZ, AzpressTimes xəbər saytlarıdır.

Fidan Salmanova
Foto: Mahir Əhmədov
XQ

Chosen
25
1
xalqqazeti.az

2Sources