EN

Gürcüstan “Uşaq Avroviziyası”nın təşkili xərclərini artırıb

ain.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Gürcüstan hökuməti “Uşaq Avroviziyası - 2025” müsabiqəsinin maliyyələşdirilməsini 870 min lari (322 min ABŞ dolları) artırıb.

APA-nın yerli bürosu xəbər verir ki, bununla bağlı hökumət qərar qəbul edib.Müsabiqənin ümumi büdcəsi 9 034 280 lari (3,4 milyon ABŞ dolları) təşkil edir. Bu məbləğin 8 milyon larisi Gürcüstanın Mədəniyyət Nazirliyinə, 164 280 larisi İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinə, 870 min larisi isə hökumətin Xüsusi Kommunikasiyalar Agentliyinə ayrılacaq.

Qeyd edək ki, “Uşaq Avroviziyası - 2025” dekabrın 13-də Tbilisidə keçiriləcək. Müsabiqədə 18 ölkə təmsilçisi yarışacaq. Gürcüstan bu müsabiqəyə ilk dəfə 2017-ci ildə ev sahibliyi edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
44
apa.az

1Sources