EN

“Evdən işləyirəm, sənədləri bu gün təqdim edəcəyik”

“Ana Vətən Partiyasının (AVP) oktyabrın 25-də keçirilən qurultayının yekunlarına dair rəsmi sənədləri bu gün Ədliyyə Nazirliyinə təqdim edəcəyik. Xahişimiz nəticələrin tanınması və mənim sədr kimi qəbul olunmağımdır”.

Publika.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında siyasi təşkilatın yeni sədri olduğunu iddia edən Elçin Ağamalı deyib.

Onun sözlərinə görə, sənədlərin hazırlanmasını başa çatdırıblar: “Sənədlər bu gün nazirliyə təqdim olunacaq”.

E.Ağamalı bildirib ki, hazırda AVP sədri kimi fəaliyyət göstərir, rayon təşkilatlarının və struktur bölmələrin rəhbərləri ilə əlaqə saxlayır: “Sədr kimi fəaliyyətimi davam etdirirəm, partiyanın gündəlik işinə rəhbərlik edirəm”.

Onun sözlərinə görə, hələlik Ana Vətən Partiyasının qərargahına yerləşə bilməyib: “Qərargahda oturmuram, evdən işləyirəm”.

Chosen
35
3
publika.az

6Sources