EN

Serbiya parlamenti qarşısında iğtişaşlar: 37 nəfər saxlanılıb

Bakı. Trend:

Serbiya Daxili İşlər Nazirliyinin əməkdaşları 2 noyabr axşamıRespublikanın Xalq Məclisi (parlament-red.) binası qarşısındakeçirilmiş icazəsiz aksiya zamanı ictimai asayişi pozmaqda vəinsidentlər törətməkdə iştirak edən 37 nəfəri saxlayıblar.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Serbiya DİN mətbuat xidmətiməlumat yayıb.

“Polis vətəndaşların və dövlət əmlakının təhlükəsizliyinə təhdidyaradan digər iştirakçıların şəxsiyyətinin müəyyənləşdirilməsi vəaxtarışı istiqamətində intensiv iş aparır.

Polis ictimai asayişi, əmin-amanlığı və bütün vətəndaşlarıntəhlükəsizliyini qorumaq məqsədilə qanunla nəzərdə tutulmuş bütüntədbirləri ardıcıl şəkildə tətbiq etməyə davam edəcək”, – bəyanatdabildirilir.

Xatırladaq ki, iğtişaşlar noyabrın 2-si axşam Belqradınmərkəzində baş verib. Həmin vaxt eyni anda iki tədbir keçirilirdi –prezident Aleksandar Vuçiçin tərəfdarlarının razılaşdırılmışmitinqi və müxalifət fəallarının aksiyası. DİN-in məlumatına görə,icazəsiz aksiyanın iştirakçılarından ibarət təşkilatlanmış qrupqeydiyyatdan keçmiş ictimai tədbirdə olan insanlara hücum edib,onların üzərinə müxtəlif əşyalar və pirotexniki vasitələratıblar.

Məqalədə:
Chosen
65
az.trend.az

1Sources