EN

Ailə planlanlanması nədən ibarətdir? - SN (FOTO)

Bakı. Trend:

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiyaİnstitutunun mama-ginekoloqu Flora Hüseynova nazirliyin rəsmisaytına müsahibə verib.

Trend həminmüsahibəni təqdim edir:

- Flora xanım, ilk öncə kontrasepsiya və onun əhəmiyyəti barədəməlumat verərdiniz…

- Kontrasepsiya anlayışı sadəcə hamiləliyin qarşısını almaqdeyil, həm də sağlam və xoşbəxt bir ailə həyatınınplanlanlandırılmasıdır. Bu, reproduktiv sağlamlığın əsaselementlərindən biri kimi, ailələrə uşaqlarının sayını və doğulmavaxtını öncədən müəyyənləşdirməyə imkan verir.
Müasir kontraseptiv üsullar müxtəlifdir. Belə ki, bariyermetodları, hormonal preparatlar, təbii üsullar, uzunmüddətli geriçevrilən və daimi metodlar hər bir ailənin fərqli ehtiyacına cavabverə bilir. Əsas məqsəd isə qadın və kişinin öz gələcəkləriüzərində şüurlu qərarlar verməsidir.
Kontraseptiv metodlar əsasən üç qrupa bölmək olar. Məcburi olmayan,yəni qeyri-tibbi metodlara təqvim üsulu və təbii ailəplanlaşdırılması.
Bariyer üsulları – prezervativ və diafraqma – həm hamiləlikdənqoruyur, həm də cinsi infeksiyaların qarşısını alır. Hormonalvasitələr, məsələn, həb, inyeksiya və dəri altı implantlar yüksəkeffektivliyi ilə seçilir. Daxilə yerləşdirilən vasitələr – spiralvə digər IUD-lər uzunmüddətli qorunma imkanı yaradır.
Cərrahi sterilizasiya üsulu (qadında boruların, kişidə toxumyollarının bağlanması) isə qadın və ya kişidə daimi qorunma təminedən metod sayılır.
Kontrasepsiya sayəsində arzuolunmaz hamiləliklərin qarşısı alınır,qadınların sağlamlığı qorunur, uşaqlar isə daha yaxşı həyat şəraitiilə dünyaya gəlirlər.

- Kontrasepsiyada ən çox rast gəlinən yanlış fikirlərhansılardır?

- İnsanlar düşünür ki, kontraseptiv üsullar sağlamlığa ciddizərər vurur. Halbuki, müasir metodlar həkim məsləhəti iləseçildikdə tamamilə təhlükəsizdir. Digər yanlış fikir isə budur ki,ailə planlanması yalnız qadının məsuliyyətidir. Əslində bu, həmqadının, həm də kişinin ortaq qərarı olmalıdır.
Başqa bir yanlış fikir, ailə planlaşdırılmasının ailələrinçoxuşaqlı olmasına maneə yaratmasıdır. Əslində isə ailə planlanmasıuşaqların sayını azaltmaq yox, onları daha sağlam və planlı dünyayagətirmək üçün mövcuddur.
Çox vaxt hormonal həb sonsuzluğa səbəb olur deyə düşünülür, lakinbu, həqiqətə uyğun deyil. Əksinə, həb dayandırıldıqdan sonraqadının doğma qabiliyyəti bərpa olunur. Qoruyucu üsul (prezervativ)yalnız arzuolunmaz hamiləliyin qarşısını almır, eyni zamanda cinsiyolla keçən infeksiyalara qarşı da effektiv qoruyucu vasitədir.Spiralın yalnız çox uşaq doğmuş qadınlara qoyulması ilə bağlı fikirdə səhvdir, çünki bu vasitə doğmamış qadınlarda da tətbiq olunabilər.

- Kontrasepsiya ailə planlanması prosesində hansı roluoynayır?

- Kontrasepsiya ailə planlanmasının ən əsas vasitəsidir. O,insanlara seçim imkanı verir. Əgər ailə hələ uşağa hazır deyilsə,bu metodlardan istifadə etməklə hamiləlik təxirə salına bilər.Əksinə, ailə artıq övlad sayını tamamladığını düşünürsə,uzunmüddətli və ya daimi kontraseptiv üsullardan faydalanabilər.
Ən vacib məqam odur ki, hər kəs üçün uyğun üsul fərqli ola bilər.Buna görə də mütləq həkimlə məsləhətləşmək lazımdır. Hər birqadının yaşı, sağlamlıq vəziyyəti və həyat planları fərqlidir.

- Sağlamlıq baxımından ailə planlanmasının üstünlüklərinələrdir?

- Birincisi, hamiləliklər arasında kifayət qədər fasilə saxlamaqçox önəmlidir. Qadın orqanizminin tam bərpa olunması üçün zamanaehtiyacı var. Əgər hamiləliklər çox sıx aralıqlarla baş verirsə, buhəm ananın sağlamlığını, həm də körpənin inkişafını risk altınasala bilər. Planlı hamiləliklər isə ananın əvvəlcədən tibbimüayinədən keçməsinə, lazım gələrsə vitamin və dəstəkləyici müalicəqəbul etməsinə şərait yaradır. Bu isə nəticədə həm ana, həm də uşaqüçün sağlamlıq baxımından daha yaxşı nəticə deməkdir.
İkinci tərəfi isə psixoloji rifahdır. Arzuolunmaz hamiləliklər çoxvaxt ailədə gərginlik yaradır, stresi artırır. Əgər ailə hamiləliyiəvvəlcədən planlaşdırırsa, bu həm ana, həm ata, həm də ailənindigər üzvləri üçün daha sakit və xoşbəxt mühit yaradır.
Müasir tibb ailə planlaşdırmasına bir çox yolla dəstək olur.Hamiləlik dövrünü təhlükəsiz keçirmək üçün genetika və prenataldiaqnostika kimi sahələr inkişaf edib. Bu texnologiyalar gələcəkvalideynlərə sağlam uşaq dünyaya gətirmək üçün əlavə imkanlarverir.

- Ailə planlanlandırılması həmişə asandırmı, yoxsa çətinliklərbaş verə bilər?

- Ailə planlanlandırılması bəzən asan görünsə də, hər zaman sadəolmur. Çətinliklər tibbi və ya psixoloji səbəblərdən qaynaqlanabilər. Cütlüklər uzun müddət uşaq sahibi ola bilmədikdə, bu,hormonal pozuntular, sonsuzluq və digər tibbi problemlərlə bağlıola bilər. Belə hallarda həkim müayinəsi və müalicəsi vacibdir.
Genetika və prenatal diaqnostika isə gələcəkdə sağlam uşaq dünyayagətirmək üçün valideynlərə əlavə dəstək olur.
Ailə planlanlandırılmasında təkcə tibbi səbəblər rol oynamır.Cəmiyyət və ailə tərəfindən edilən təzyiqlər cütlüklərdə psixolojigərginlik yarada bilər. Bu isə, öz növbəsində, münasibətlərə mənfitəsir göstərir. Bu hallarda, cütlüklər öz qərarlarında qəti olmalıvə kənar fikirləri çox nəzərə almamalıdırlar.

- Ailə planlanlanmasının qadınların sosial həyatına vəkaryerasına təsiri necə olur?

- Qadınların həyatında ailə planlaması çox böyük rol oynayır.Təsəvvür edin ki, bir qadın təhsilini davam etdirmək, peşəkarsahədə irəliləmək istəyir. Əgər o, hamiləliklərini planlı şəkildəhəyata keçirirsə, həm öz arzularını reallaşdıra, həm də daha sonrasağlam hamiləliklər yaşaya bilər. Bu, qadının yalnız öz həyatınadeyil, ailəsinə müsbət təsir göstərir. Çünki güclü, özünə inamlı,karyerasında uğurlu qadın eyni zamanda daha güclü ana olur.
Bundan əlavə, qadınların iş həyatında fəallığı artır və cəmiyyətininkişafına da töhfə verir. Yəni, ailə planlaması yalnız fərdisəviyyədə yox, həm də ümumi sosial inkişafda mühüm amildir.

- Ailə planlanmasının uşaqların rifahına təsirini necəqiymətləndirmək olar?

- Uşaqlar valideynlərin ən böyük dəyəridir. Əgər ailəuşaqlarının sayını və vaxtını planlı şəkildə müəyyənləşdirirsə, buzaman hər bir uşağa daha çox diqqət, sevgi və qayğı göstərməkmümkündür.
Planlı ailələrdə böyüyən uşaqlar daha sağlam qidalanır, daha yaxşıtəhsil alır və emosional baxımdan daha güclü böyüyürlər. Yəni, ailəplanlaması təkcə valideynlərin deyil, uşaqların da gələcəyiniqoruyur.

- Sonda ailə planlanmasına dair gənclərə nə tövsiyəedərdiniz?

- Gənclər ilk növbədə düzgün məlumat əldə etməlidirlər.İnternetdə çoxlu elmi əsaslandırılmamış məlumatlar var, ona görəmütləq həkimlə məsləhətləşmək lazımdır. Hər kəs üçün uyğun metodfərqlidir. Hər hansı bir kontraseptiv vasitə istifadə etməzdənəvvəl qadının sağlamlıq vəziyyəti, yaşı, doğuş sayı nəzərəalınmalıdır.
Ailə planlanlandırılması sadəcə tibbi və ya iqtisadi məsələ deyil,bu, sevgi və məsuliyyət dolu bir qərardır. Hər bir cütlüyün özmünasibətini, arzularını və imkanlarını nəzərə alaraq, ailə qurmaqüçün atdığı ən düşünülmüş addımdır.

Ailə
Ailə
Məqalədə:
Chosen
50
4
az.trend.az

8Sources