EN

AMEA-nın rəhbərliyi və xarici elmi qurumların nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Bakı, 3 noyabr, AZƏRTAC

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri və Akademiyanın 80 illik yubiley tədbiri çərçivəsində ölkəmizdə səfərdə olan dünyanın bir sıra Elmlər Akademiyalarının və nüfuzlu beynəlxalq elmi qurumlarının rəhbər heyəti və nümayəndələri Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, elmi ictimaiyyətin nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarüstü abidəsinin önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla anıblar.

Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Həmçinin Fəxri xiyabanda AMEA-nın mərhum prezidentləri, akademiklər Mirəsədulla Mirqasımovın, Yusif Məmmədəliyevin, Musa Əliyevin, Zahid Xəlilovun, Rüstəm İsmayılovun, Həsən Abdullayevin, Eldar Salayevin, Fəraməz Maqsudovun və Mahmud Kərimovun məzarları ziyarət edilib, xatirələri ehtiramla anılıb.

 

 

Chosen
23
3
azertag.az

4Sources