Unikal.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Noyabrın 5-i Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50) Təhsildə Qiymətləndirmə Xidmətinin (Educational Testing Service) kompüter əsaslı növbəti “GRE: General Test” imtahanı keçiriləcək.
DİM-dən "Unikal"a bildirilib ki, iştirakçılar imtahanın başlanmasına bir saat qalmışdan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasının önündə olmalıdırlar.
İmtahan saat 09:00-da başlanır.
“GRE General Test” imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.