EN

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim proqramına qeydiyyat başladı

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin "Technion" Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi təlimlərin yeni dalğası üçün qeydiyyata start verib.

Bu tÉ™dris dalÄŸasında MÉ™rkÉ™z ilk dÉ™fÉ™ olaraq xüsusi imkan tÉ™qdim edir. BelÉ™ ki, proqramı uÄŸurla baÅŸa vuranlar arasında É™n yüksÉ™k nÉ™ticÉ™ göstÉ™rÉ™n beÅŸ mÉ™zun ölkÉ™ xaricindÉ™ fÉ™aliyyÉ™t göstÉ™rÉ™n qabaqcıl ÅŸirkÉ™tlÉ™rdÉ™ biraylıq tÉ™crübÉ™ proqramına iÅŸtirak ÅŸansı qazanaraq öz bacarıqlarını real iÅŸ mühitindÉ™ sınayacaq.

Təlimlərdən yararlanmaq üçün 17 yaşdan yuxarı, ingilis dili bilikləri və baza İKT bacarıqlarına malik olan Azərbaycan vətəndaşları müraciət edə bilərlər. Qeydiyyatdan keçmiş namizədlər növbəti mərhələdə ardıcıl olaraq imtahan və müsahibə proseslərinə cəlb olunacaqlar. İsrailli mütəxəssislərin keçirəcəyi imtahanda namizədlərin məntiqi və analitik düşüncə qabiliyyəti, İKT üzrə bilik və bacarıqları, ingilis dili səviyyəsi yoxlanılacaq. Daha sonra müsahibəyə cəlb olunaraq bu mərhələni uğurla keçən 60 nəfər təlimlərdə tam təqaüdlü formada iştirak hüququ əldə edəcək. Hər bir mərhələ üzrə yalnız ən yüksək göstəricilərə sahib şəxslər sonrakı mərhələdə iştirak hüququ qazanacaqlar.

Proqrama qəbul olanlara dərslər "Technion" Texnologiya İnstitutunun akademik heyəti tərəfindən onların tədris metodologiyasına əsasən keçiləcək, nəzəri və praktiki biliklər öyrədiləcək. Təlimlər altı ay müddətində saat 09:00-dan 16:00-a qədər dərslər,16:00-dan 21:00-dək praktiki məşğələlər şəklində davam edəcək.

Proqram çərçivəsində "Red Team" (hücum) və "Blue Team" (müdafiə) olmaqla 2 qrup mütəxəssisin hazırlanması planlaşdırılır. Komandalar tədris müddətində simulyasiyalarda iştirak edərək bacarıqlarını inkişaf etdirəcəklər. Proqramı uğurla bitirənlərə "Technion" Texnologiya İnstitutunun rəsmi sertifikatı təqdim olunacaq.

TÉ™limlÉ™rdÉ™ iÅŸtirak etmÉ™k istÉ™yÉ™n namizÉ™dlÉ™r linkÉ™ daxil olaraq qeydiyyatdan keçə bilÉ™rlÉ™r: //bit.ly/AKM-7ci-dalga

Qeydiyyat üçün son tarix 1 dekabr 2025-ci ildir.

Qeyd edək ki, bu günə qədər Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin təlim proqramından 300-ə yaxın nəfər məzun olub, hazırda isə 60 nəfər bu sahədə təhsilini davam etdirir. Mərkəz tərəfindən eyni zamanda məzunların məşğulluq imkanlarının artırılması ilə bağlı da təşəbbüslər həyata keçirilir. Hazırda ən son iki dalğa üzrə məzunların işlə təmin olma göstəricisi 80%-dir. Mərkəzdə ixtisaslaşmış kadr hazırlığı ilə yanaşı, ali təhsil müəssisələrində tədrisin həyata keçirilməsi, kibermaarifləndirmə, kibertəhlükəsizlik mütəxəssisləri üçün ixtisasartırma təlimləri, kibertəhlükəsizlik üzrə tədqiqat və araşdırma, yerli kibertəhlükəsizlik məhsullarının hazırlanmasına dəstəyin göstərilməsi istiqamətində də tədbirlər həyata keçirilir.

Chosen
50
12
moderator.az

10Sources