EN

Partlayış səsləri eşidiləcək, təşvişə düşməyin!

3-7 noyabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

Sitat.info xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Bildirilib ki, nazirlik partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırır.

Chosen
5
49
sitat.info

10Sources