EN

Azercell ilə “Mələk İnvestorlar Məktəbi” startap və investorları bir araya gətirir

Bakı. Trend:

Azərbaycanın startap ekosistemində mələk investorluğuninkişafına önəmli töhfə verən “Mələk İnvestorlar Məktəbi” bu ilAzercell-in dəstəyi ilə daha geniş və interaktiv proqramlakeçiriləcək. Təlim 4-6 noyabr 2025-ci il tarixlərində Bakıda baştutacaq.

Proqram çərçivəsində ABŞ-dan dəvət olunmuş beynəlxalq ekspertlərvə yerli mütəxəssislər iştirakçılarla praktik biliklərinipaylaşacaq, startap portfellərinin formalaşdırılması, düzgünseçimlər və uğurlu investisiya strategiyaları barədə dəyərlitövsiyələr verəcəklər. Sessiyalar ingilis dilində keçiriləcək.

2024-cü ildə layihə artıq 200-dən çox potensial investora təlimkeçmiş, onların “SABAH Angels” klubuna üzvlüyünü təmin etmiş vəstartaplara yüz minlərlə dollar investisiya yönləndirmişdi. Bu ilisə proqram daha böyük və interaktiv şəkildə təşkil olunacaq.

Təlimi tamamlayan və sonrakı altı ay ərzində startaplarainvestisiya edən iştirakçılar arasında püşkatma keçiriləcək. Beşqalib 2026-cı ildə Silikon Vadisinə bütün xərcləri təşkilatçılartərəfindən qarşılanmaqla səfər etmək imkanı qazanacaq.

Layihə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və SABAH Angelsklubunun dəstəyi ilə həyata keçirilir.

Ətraflı məlumat üçün: www.angelinvestor.az

Məqalədə:
Chosen
4
8
az.trend.az

9Sources