EN

Azərbaycanda ən populyar mobil telefon markaları - SİYAHI

Bakı. Trend:

Azərbaycanda ən populyar mobil cihazların adı bəlli olub.

Trend-in“Global Stats” Statistika Mərkəzinə istinadən məlumatına görə,“Samsung" smartfonları bu ilin oktyabr ayında mobil cihazlar üzrə24,55 faiz bazar payı ilə Azərbaycanda ilk pillədə qərarlaşıb.

Cari ilin sentyabr ayına olan göstərici ilə müqayisədə “Samsung"markasının Azərbaycanda bazar payı 1,92 faiz bəndi, 2024-cü ilinoktyabr ayına nisbətən isə 9 faiz bəndi azalıb.

Hesabat dövründə Azərbaycanda ən çox bazar payına malik smartfonbrendlərinin siyahısında "Apple” ikinci yerdə olub. Belə ki, bumarkalı smartfonların Azərbaycanda bazar payı əvvəlki aylamüqayisədə 1,17 faiz bəndi, ötən ilin oktyabr ayına nisbətən isə4,83 faiz bəndi artaraq, 21,2 faiz təşkil edib.

Siyahıda növbəti pillədə “Unknown” qərarlaşıb. Belə ki, bubrendin Azərbaycanda smartfonlar üzrə bazar payı bir ay əvvələnisbətən 2,78 faiz bəndi, ötən ilin oktyabr ayı ilə müqayisədə isə15,48 faiz bəndi artaraq, 25,71 faizə bərabər olub.

Siyahıda 4-cü pillədə 17,87 faiz bazar payı ilə “Xiaomi”smartfonları mövqelənib. Bu göstərici isə, bir ay əvvəlləmüqayisədə 1,57 faiz bəndi çox, ötən ilin eyni dövrünə nisbətən isə10,04 faiz bəndi azdır.

Bu ilin oktyabr ayı üzrə digər smartfonların Azərbaycanda əhatədairəsinə görə reytinqi aşağıdakı kimi müəyyənləşib:

“Honor” – 4,34 faiz (sentyabr ayına nisbətən 0,42 faiz bəndiçox, 2024-cü ilin oktyabr ayı ilə müqayisədə 0,85 faiz bəndiaz);

“Huawei” – 1,44 faiz (sentyabr ayına nisbətən 0,08 faiz bəndi,2024-cü ilin oktyabr ayı ilə müqayisədə 0,53 faiz bəndi az);

“Oppo” – 0,9 faiz (sentyabr ayına nisbətən 0,01 faiz bəndi,2024-cü ilin oktyabr ayı ilə müqayisədə 0,04 faiz bəndi az);

“Realme” – 0,69 faiz (sentyabr ayına nisbətən 0,01 faiz bəndiçox, 2024-cü ilin oktyabr ayı ilə müqayisədə 0,01 faiz bəndiaz);

“Infinix” – 0,93 faiz (sentyabr ayına nisbətən 0,03 faiz bəndiaz, 2024-cü ilin oktyabr ayı ilə müqayisədə 0,12 faiz bəndiçox);

“Tecno” – 1,03 faiz (sentyabr ayına nisbətən 0,16 faiz bəndi az,2024-cü ilin oktyabr ayı ilə müqayisədə 0,01 faiz bəndi çox);

“Motorola” – 0,21 faiz (sentyabr ayına nisbətən 0,01 faiz bəndi,2024-cü ilin oktyabr ayı ilə müqayisədə 0,02 faiz bəndi az);

“LG” – 0,01 faiz (sentyabr ayına nisbətən eyni, 2024-cü ilinoktyabr ayı ilə müqayisədə 0,08 faiz bəndi az);

“Google” – 0,78 faiz (sentyabr ayına nisbətən 0,35 faiz bəndiaz, 2024-cü ilin oktyabr ayı ilə müqayisədə 0,52 faiz bəndiçox);

“Lenovo” – 0,06 faiz (sentyabr ayına nisbətən 0,02 faiz bəndi,2024-cü ilin oktyabr ayı ilə müqayisədə 0,07 faiz bəndi az);

“Sony” – 0,01 faiz (sentyabr ayına nisbətən 0,03 faiz bəndi az,2024-cü ilin oktyabr ayı ilə müqayisədə eyni)

Hesabat dövründə Azərbaycanın smartfon bazarında 0,27 faiz digərmarkaların payına düşüb.

Məqalədə:
Chosen
38
1
az.trend.az

2Sources