EN

Göygöldə 2 nəfərin öldüyü qəzadakı avtomobil duracaqda yanıb

Sia Az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Göygöldə 2 nəfərin ölümü, 2 nəfərin isə ağır yaralanması ilə nəticələnən yol qəzasına düşmüş avtomobil duracaqda yanıb. SİA-nın yerli bürosunun məlumatına görə, hadisə Şəmkir rayonunda qeydə alınıb.

Belə ki, Bakı Qazax magistral yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində idarəetmədən çıxaraq dəmir arakəsməyə, daha sonra isə yolun kənarına aşan avtomobil Şəmkir rayonunda yerləşən duracağa gətirildikdən sonra yanıb.

Dərhal hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
14
6
sia.az

7Sources