EN

Premyer Liqa: “Qəbələ” “Sabah” səfərində

Azərbaycan Premyer Liqasında X tura bu gün yekun vurulacaq.

Msport.az xəbər verir ki, sonuncu matçda “Sabah” “Qəbələ”ni qəbul edəcək.

Qarşılaşma saat 19:30-da start götürəcək. Meydan sahibləri 15 xalla altıncı, qonaqlar 5 xalla onuncu pillədə qərarlaşıb.

 

Premyer Liqa

X tur

3 noyabr

 

19:30. “Sabah” – “Qəbələ”

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev

VAR: Nicat İsmayıllı

AVAR: Eyyub İbrahimov

Hakim-inspektor: Orxan Məmmədov

AFFA nümayəndəsi: Asif Əliyev

“Bank Respublika Arena”

 

Qeyd edək ki, turun əvvəlki matçlarında “Qarabağ” “İmişli”ni (2:0), “Zirə” “Karvan-Yevlax”ı (3:2), “Neftçi” “Kəpəz”i (5:1), “Turan Tovuz” “Şamaxı”nı (2:1), “Sumqayıt” isə “Araz-Naxçıvan”ı (3:2) məğlub edib.

Chosen
37
6
msport.az

10Sources