PSJ-nin hücumçusu və 2025-ci ilin “Qızıl top” sahibi Usman Dembele növbəti dəfə zədələnib.
Apasport.az xəbər verir ki, “Nitsa” ilə oyundan (1:0) sonra fransalı futbolçu komanda yoldaşı Əşrəf Hakimiyə arxa bud əzələsində şiddətli ağrılar hiss etdiyini bildirib.
Məlumata görə, Dembelenin əvvəlki zədəsi yenidən təkrarlanıb.
Xatırladaq ki, 28 yaşlı futbolçu sentyabr–oktyabr aylarında eyni səbəbdən 5 oyun buraxmışdı və bərpadan sonra da hələ tam matç oynaya bilməyib.
Qrizmann La Liqada 200-cü qolunu vurub
Salah 250-ci qolunu vurub
Messinin qolu komandasına kömək etmədi
“Atletiko” 3 xalı 3 qolla qazandı
Premyer Liqada 7 qarşılaşma baş tutub – “Arsenal” və “Çelsi” qələbə qazanıb