EN

Rusiya-NATO qarşıdurmasının açar nöqtəsi:Suvalki dəhlizi

Kalininqrad vilayətinə bitişik Suvalki dəhlizi Rusiya ilə Şimali Atlantika Alyansı (NATO) arasında mümkün toqquşma bölgəsi hesab olunur.

Redaktor.az xəbər verir ki. bu barədə Fransanın "AgoraVoxnəşri məlumat verib, məqalənin tərcüməsini “İnoSMİ” portalı yayıb.

Məqalədə xatırladılır ki, Suvalki dəhlizi Polşa və Litvanı birləşdirir, həmçinin Belarus və Rusiya ilə sərhəddə yerləşir. Onun strateji mövqeyinə görə, region mümkün münaqişə halında hərbi baxımdan mühüm hədəfə çevrilə bilər.

“Rusiya və NATO arasında ehtimal olunan müharibə zamanı bu dəhlizin Rusiya qoşunları tərəfindən nəzarətə götürülməsi Baltik ölkələrinin (Litva, Latviya və Estoniya) quru yolla alyansın əsas hissəsindən təcrid olunmasına gətirib çıxara bilər. Bu, Polşa və Qərbi Avropadan gələn hərbi dəstəyin yeganə marşrutunu kəsmiş olar,” - deyə məqalədə vurğulanır.

Eyni zamanda qeyd olunur ki, bölgənin relyefi - çoxsaylı göllər, çaylar, meşələr və təpələr - hərbi texnikanın irəliləməsini xeyli çətinləşdirir.

Aytəkin TOFİQQIZI

Chosen
31
1
redaktor.az

2Sources