EN

Niderland Misirə oğurlanmış 3,5 min illik qədim heykəli qaytarır

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Niderland hökuməti Misirə təxminən 3,5 min il yaşı olan qədim heykəli geri qaytaracağını açıqlayıb. Abidə firon III Tutmos dövrünə (e.ə. 1479–1425-ci illər) aid olub, həmin dövrün yüksək vəzifəli məmurunu təsvir edir.

Bizimyol.info xəbər verir ki, verilən məlumata görə, heykəl 2011-ci ildəki “ərəb baharı” iğtişaşları zamanı Misirdən qanunsuz şəkildə çıxarılıb, 2022-ci ildə isə Maastrixtdə keçirilən sənət yarmarkasında aşkarlanıb.

Niderlandın baş naziri Dik Sxouf Misirə səfəri zamanı bildirib ki, polis və mədəni irs müfəttişliyi tərəfindən aparılan araşdırma abidənin qanunsuz mənşəyini təsdiqləyib. Araşdırmadan sonra əsərin sahibi heykəli könüllü şəkildə hökumətə təhvil verib.

Rəsmi məlumatda qeyd olunur ki, heykəl bu ilin sonunadək Niderlanddakı Misir səfirliyi vasitəsilə rəsmi şəkildə Misirə qaytarılacaq.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
60
icma.az

1Sources