EN

Ermənistanda II Qareginə qarşı əməliyyat başladı -QARDAŞI VƏ ONUN OĞLU SAXLANILDI

Bütün ermənilərin katolikosu II Qareginin qardaşı Gevorq Nersisyan və onun oğlu Ambarsum Nersisyan saxlanılıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə vəkil Ara Zöhrabyan məlumat verib.

 

Vəkilin sözlərinə görə, onların hər ikisi xuliqanlıq və seçki kampaniyasına mane olmaqda ittiham edilir. A.Zöhrabyan sosial şəbəkə hesabında yazıb ki, istintaq orqanları onların tutulması və həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə gətirilməsi barədə qərar qəbul edib.

 

Həbslərə "Respublika" Partiyasından yerli özünüidarəetmə seçkilərində namizəd olan Arutyun Mkrtçyanın Facebook-dakı paylaşımı səbəb olub. A.Mkrtçyan bildirib ki, 1 noyabrda katolikosun qardaşı Gevorq Nersisyan oğulları ilə birlikdə onun seçki kampaniyasına mane olub.

Chosen
28
9
senzor.az

10Sources