EN

Gömrük rüsumları ləğv olunsa, ABŞ iqtisadiyyatı cəhənnəmə yuvarlanacaq - Tramp

Gömrük rüsumları ləğv olunsa, ABŞ iqtisadiyyatı cəhənnəmə yuvarlanacaq - Tramp

Əgər ABŞ Ali Məhkəməsi gömrük rüsumlarını qanunsuz hesab edərsə, ölkə iqtisadiyyatı cəhənnəmə yuvarlanacaq.

AFN.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.

“Düşünürəm ki, ölkəmiz ciddi şəkildə zərər görəcək. İqtisadiyyatımız cəhənnəmə düşəcək. Bu, son 100 ildə Ali Məhkəmədə müzakirə olunan ən vacib mövzudur” - deyə prezident əlavə edib.

Xatırladaq ki, ABŞ Ali Məhkəməsi noyabrın 5-də Ağ Ev administrasiyasının tətbiq etdiyi bir çox gömrük rüsumlarının qanuniliyinə dair işə baxacaq. Prosess bir qrup sahibkarın ABŞ hökumətinə qarşı iddia qaldırmasından sonra başlanıb. Onlar rüsumların qanunsuz olduğunu və şirkətlərə zərər vurduğunu bildiriblər.

Tramp və onun administrasiyasının yüksək vəzifəli üzvləri isə gömrük rüsumlarının qanuni tanınmasının vacibliyini vurğulayırlar. Onların sözlərinə görə, əks halda ABŞ-ın digər ölkələrlə apardığı ticarət danışıqları və imzalanmış razılaşmalar təhlükə altına düşəcək.

Chosen
41
afn.az

1Sources