EN

Sabah Qəbələ yə qarşı

ain.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün keçiriləcək bir oyunla Misli Premyer liqasında X tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, hesabat həftəsinin son qarşılaşması Masazırda baş tutacaq.

Turnir cədvəlinin 6-cı pilləsində qərarlaşan "Sabah" 10-cü yerdə olan "Qəbələ"ni qonaq edir. Meydan sahibləri bu gün qalib gələcəyi təqdirdə daha üst pilləyə, daha dəqiq desək, 4-cü yerə yüksələ bilər. "Qəbələ" isə xal və ya xallar qazanacağı halda mövqeyini dəyişməsə də, təhlükəli zonadan bir qədər uzaqlaşaraq, rahat nəfəs ala biləcək.

Qeyd edək ki, oyunun start fiti saat 19:30-da səslənəcək.

Misli Premyer liqası

I dövrə, X tur

19:30. "Sabah" - "Qəbələ"

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Şirmamed Mamedov, Kamran ƏliyevVAR: Nicat İsmayıllı.AVAR: Eyyub İbrahimov.Hakim-inspektor: Orxan Məmmədov.AFFA nümayəndəsi: Asif Əliyev.Masazır. "Bank Respublika Arena".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
78
sport24.az

1Sources