EN

Sərxoş sərnişin avtobusun şüşəsini qırdı Fotolar

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakıda sərnişin avtobusunda insident baş verib.

“Qafqazinfo” “Teleqraf”a istinadən xəbər verir ki, hadisə Qara Qarayev prospektində hərəkətdə olan 11 nömrəli avtobusda qeydə alınıb.

Məlumata görə, içkili vəziyyətdə olan sərnişin avtobusda qeyri-etik davranış sərgiləyib və bu, digər sərnişinlərin narazılığına səbəb olub. Onun avtobusdan endirilməsindən sonra mübahisə davam edib.

Şahidlərin sözlərinə görə, sərxoş şəxs avtobusun qapısını yumruqlayıb və nəticədə nəqliyyat vasitəsinin pəncərəsi qırılıb.

İnsidentdən sonra avtobus xəttdən çıxarılıb, sərnişinlər digər nəqliyyat vasitəsinə yönləndirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və sərxoş şəxs polis şöbəsinə aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
28
11
qafqazinfo.az

10Sources