ain.az bildirir, Azpost saytına əsaslanaraq.
Avropa İttifaqı 2025-ci ilin ilk səkkiz ayında Rusiyadan qənnadı və çörək məmulatlarının idxalını əhəmiyyətli dərəcədə artırıb. AzPost xəbər verir ki, bu barədə məlumatı Avropa Statistika Bürosu – Eurostat yayıb.
Hesabata əsasən, yanvar–avqust aylarında Avropa İttifaqına Rusiyadan ümumilikdə 13,5 milyon dollarlıq şirniyyat məhsulu idxal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz çoxdur.
Ən çox idxal edilən məhsullar sırasında şokolad və şokolad məmulatları (7 milyon dollar, +5%), çörək və un məmulatları (4,6 milyon dollar, +8%) və şəkər əsaslı konfetlər (2 milyon dollar, +5%) yer alıb.
Maraqlıdır ki, eyni dövrdə Avropa İttifaqı özü də Rusiyaya şokolad ixracını artırıb. Belə ki, 2025-ci ilin yanvar–avqust aylarında Aİ-dən Rusiyaya şokolad ixracı 8 faiz artaraq 269 milyon dollara çatıb.
Lakin avqust ayında bu göstəricidə azalma müşahidə olunub. Belə ki, Aİ-nin Rusiyaya şokolad ixracı ötən ilin avqustu ilə müqayisədə 16 faiz azalaraq 30,4 milyon dollar təşkil edib.
AzPost.az
Paylaş
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.