EN

Vuçiç Serbiyada etirazçıları amerikalılarla əlaqədə olmaqda ittiham edib

Serbiya prezidenti ABŞ səfirliyi ilə təmasları şübhə altına alıb…

Poliqon xəbər verir ki, Serbiya prezidenti Aleksandr Vuçiç Belqradda parlament binası qarşısında keçirilən etiraz aksiyalarının iştirakçılarının ABŞ səfirliyi ilə əlaqə saxladıqlarını bildirib. O, etirazçıların məhz amerikalı diplomatlarla niyə təmasda olduqlarını sual edib.

Vuçiç qeyd edib ki, hakimiyyət tərəfdarlarının yerləşdiyi “Çatsilend” adlı çadır düşərgəsindəki iştirakçılar xarici nümayəndələrlə ünsiyyətdə deyillər. Bundan əvvəl Serbiya parlamentinin sədri Ana Brnabiç etirazçıların “Çatsilend” düşərgəsinə pirotexniki vasitələr atdığını açıqlamışdı.

Etirazlar bazar günü günorta saatlarında Novi-Saddakı dəmir yolu vağzalının çökməsi nəticəsində həlak olan şəxslərdən birinin anası Diyana Xrkanın parlament qarşısında aclıq aksiyasına başlaması ilə yenidən alovlanıb. O, məsul şəxslərin cəzalandırılmasını və növbədənkənar seçkilərin keçirilməsini tələb edib. Axşam isə ona tələbələr və digər vətəndaşlar da qoşulublar.

Xatırladaq ki, Serbiyada tələbə və müxalif qüvvələrin etirazları 2024-cü ildə Novi-Sad dəmir yolu vağzalında baş verən qəza hadisəsindən sonra başlamışdı.

Poliqon.info

Chosen
40
poliqon.info

1Sources