EN

Növbəti Xəzər sammiti 2026-cı ilin avqustunda İranda keçiriləcək

BAKI, 3 noyabr. TELEQRAF

İranda Xəzər dənizi məsələləri üzrə Xüsusi Komitənin ilk iclası keçirilib.

Teleqraf IRNA-ya istinadən xəbər verir ki, iclasa İranın hüquqi və beynəlxalq məsələlər üzrə xarici işlər nazirinin müavini, Xəzər dənizi üzrə xüsusi nümayəndə Kazem Qaribabadi sədrlik edib.

Toplantıda ölkənin müxtəlif dövlət qurumlarının yüksək vəzifəli nümayəndələri iştirak ediblər.

İclasda Xəzəryanı ölkələr arasında əməkdaşlıq, həmçinin İranın daxili hazırlıq planları müzakirə olunub. Əsas mövzulara 2026-cı ilin avqustunda İranda keçiriləcək VII Xəzər sammitinə hazırlıq, noyabrda Rəştdə baş tutacaq Xəzəryanı vilayətlərin qubernatorlarının görüşü, eləcə də Xəzərin hüquqi statusu və ekologiyası ilə bağlı məsələlər daxildir.

Toplantının sonunda iştirakçılar görülmüş işlər və qarşıdakı planlar barədə hesabat təqdim ediblər.

Komitənin yaradılması İranın Xəzər regionunda əməkdaşlıq, təhlükəsizlik və dayanıqlı inkişaf məsələlərinə verdiyi önəmi bir daha göstərir.

Chosen
47
teleqraf.com

1Sources