EN

"Barselona" evdə qalib gəldi

İspaniya La Liqasının 11-ci turunda "Barselona" evdə "Elçe"ni qəbul edib.

Redaktor.az xəbər verir ki, oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

"Barselona"nın heyətində Lamin Yamal (9), Ferran Torres (11) və Raşford (61) fərqləniblər. Qonaqların yeganə qolunu isə Mir (42) vurub.

Qeyd edək ki, hazırda "Barselona" 25 xalla turnir cədvəlində 2-cidir. "Elçe" isə 14 xalla 9-cu pillədə qərarlaşıb. La Liqaya 30 xalla "Real Madrid" başçılıq edir.

T.İSMAYIL

Chosen
13
1
redaktor.az

2Sources