EN

Renat oynadı, komandası heç-heçə etdi

Polşa Ekstraklassasında 14-cü turun oyunları davam edir.

İdmanxeber.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Motor” komandası bu turda səfərdə “Lex”in qonağı olub. Gərgin mübarizə şəraitində keçən qarşılaşma məhsuldar heç-heçə ilə yekunlaşıb – 2:2.

Renat Dadaşov matçın 77-ci dəqiqəsində oyuna daxil olub.

Qeyd edək ki, bu nəticədən sonra “Motor” 15 xalla turnir cədvəlində 14-cü pillədə yer alır.

Chosen
28
1
idmanxeber.az

2Sources