EN

Britaniyada təhlükə siqnalı: General Rusiya ilə bağlı xəbərdarlıq etdi

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Böyük Britaniya Silahlı Qüvvələrinin keçmiş rəhbəri lord Nikolas Houghton parlamentin Lordlar Palatasında çıxışı zamanı ölkənin müdafiə büdcəsinin artırılmasına çağırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Ekspress” qəzeti məlumat yayıb.

Houghton bildirib ki, Rusiya səfərbər edilmiş ordusuna, geniş strateji resurslara və çağırışlara uyğunlaşdırılmış iqtisadiyyata sahibdir, buna görə də Qərb ölkələri, xüsusilə Böyük Britaniya, milli təhlükəsizliyə daha çox diqqət yetirməlidir.

“NATO və xüsusilə Böyük Britaniya sosial müavinətləri milli təhlükəsizlikdən üstün tutmağa davam edir”, – Houghton vurğulayıb.

Keçmiş ordu rəhbəri müdafiə sektorunun maliyyələşdirilməsinin səviyyəsini dəhşətli adlandırıb və qeyd edib ki, lazımi resurslar ayrılmadan ölkənin əsas üç müdafiə məqsədinə hibrid təhdidlərə qarşı dayanıqlılıq, Ukrayna üçün maliyyə dəstəyi və hərbi güc inteqrasiyasına nail olmaq mümkün deyil.

Tahir Turan

Globalinof.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
39
globalinfo.az

1Sources