EN

Belçikada hərbi bazada dron həyəcanı hökumət tədbir görür

ain.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

Belçikada hərbi bazanın üzərində dronların uçduğu barədə məlumat ölkəni təlaşa salıb. Hadisə ilə bağlı bölgəyə polis qüvvələri və helikopter göndərilib.

BAKU.WS xəbər verir ki, Belçika Müdafiə naziri Teo Franken bildirib ki, hadisə Kleine Brogel hərbi bazası yaxınlığında baş verib. Onun sözlərinə görə, dronun siqnalı kəsilməyə çalışılsa da, bu cəhd uğursuz olub və dron ələ keçirilə bilməyib. Nazir vurğulayıb ki, bu, təsadüfi uçuş deyil, məqsədli şəkildə hərbi bazanı hədəfə alan bir əməliyyat idi.

Franken Belçika hökumətini anti-dron sistemlərinə daha çox sərmayə yatırmağa çağırıb. Xarici İşlər Nazirliyindən verilən açıqlamada isə hadisə ilə bağlı istintaqın başladığı və yaxın günlərdə xüsusi qiymətləndirmə aparılacağı bildirilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
15
1
baku.ws

2Sources