EN

Meksikada mağazada partlayış 23 ölü

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ermosilyo şəhərinin mərkəzində yerləşən mağazalardan birində güclü partlayış baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən Bakı vaxtı ilə 01.00-da yaşanıb.

Nəticədə 17 böyük və 6 uşaq həyatını itirib. Onlarla insan müxtəlif dərəcəli bədən xəsarətiləri alıb. 

Partlayışdan sonra yaranan yanğın qısa zamanda söndürülüb. Mağaza yaxınlığında parklanan bir neçə maşın da yanıb.

Sonora ştatının baş prokurorluğu partlayışın terror aktı olmadığı barədə açıqlama yayıb. Araşdırma aparılır. Ən real versiya qaz sızmasıdır.

Qeyd edək ki, qubernator Alfonso Duraso həlak olanların yaxınlarına baş sağlığı verməklə yanaşı şəhər rəhbərliyinin onlara hər cür yardım göstərəcəyini bildirib .

L.Tağıyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
49
525.az

1Sources