EN

Türk olmaq Monteneqroda təhlükəlidir? VİDEO

ain.az, Bizim media portalına istinadən məlumat verir.

“Avropada kiçik bir Balkan ölkəsi. Monteneqro. 4 əsrə axın Osmanlının hakimiyyəti altında olub. İndi isə türklərə qarşı təqiblərlə gündəmdədir. Hər şey Türkiyə vətəndaşının iştirakı ilə yaşandığı iddia edilən zorakılıq hadisəsi ilə başladı”.Bizim.Media xəbər verir ki, bu fikirlər İctimai TV-nin “Xəbər Yekun” proqramında yer alıb.Aparıcının sözlərinə görə, paytaxt Podqoritsada türklər və azərbaycanlılar şübhəli adı ilə həbs edildi:“Ölkədə türklərə qarşı etiraz aksiyaları baş qaldırdı. Ardından Monteneqro Türkiyə vətəndaşları üçün vizasız gəliş-gedişi ləğv etdi. Yəni kiçik bir bıçaqlanma hadisəsi Monteneqroda millətçiliyi növbəti dəfə üzə çıxardı. Hökumət isə miqrantlara qarşı etiraz dalğası qarşısında zəif qaldı. Hər nə qədər Monteneqro Prezidenti etirazları doğru hesab etməsə də. Monteneqro polisi isə Azərbaycan türklərini də hədəf aldı. Gələn xəbərlər o yöndə idi ki, hadisədə heç bir günahı olmayanlar da həbs edilir. Kiçik bir hadisənin araşdırılması bu qədər çətin idimi ki, Monteneqro polisi araşdırmadan günahsız insanları şübhəli adı ilə saxlayırdı? Təbii ki, baş verən hadisə xoş deyil. Amma dünyada yerli sakinin miqrant tərəfindən bıçaqlanması halı ilkdirmi? Dünyanın heç bir yerində elə monteneqrolunun özü və ya başqa bir avropalı, rus, amerikalı bu cür hadisə törətmirmi? Bəs bu hadisə niyə bu qədər böyüdü?”.Daha ətraflı reportajda:

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
13
2
bizim.media

3Sources