EN

Olimpiya marafon çempionu Antarktidada qaçacaq

İkiqat Olimpiya marafon çempionu Keniyalı Eliud Kipçoqe Antarktidada məsafəni qaçmağı planlaşdırır.

Ucnoqta.az xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) mətbuat xidməti bildirib.

"Mən Antarktidada qaçacağam. İndi insanı çox çalışmağa vadar edə biləcək ekstremal bir şey etmək istəyirəm", - deyə idmançı bildirib.

40 yaşlı Kipçoqe ikiqat Olimpiya marafon çempionu (2016, 2020), 2008-ci il Olimpiadasının gümüş medalçısı və 2004-cü il Oyunlarının 5000 metr məsafəyə qaçışda bürünc medalçısıdır. O, həmçinin 2003-cü ildə 5000 metr məsafəyə qaçış üzrə Dünya Çempionatının qalibi olub.

Chosen
28
22
ucnoqta.az

10Sources