İran hökuməti yaxın zamanda "Telegram"a qoyulan qadağanı ləğv edəcək.
Publika.az xəbər verir ki, bu barədə İran parlamentinin deputatı Mustafa Purdehgan "Tabnak" portalına müsahibəsində bildirib.
O deyib ki, hökumət "Telegram"ın blokdan çıxarılması ilə bağlı qeyri-rəsmi məlumatlar göndərib.
“Yaxın zamanda bloklanmanın aradan qaldırılması ilə bağlı xoş xəbərlər eşidəcəyik”, - deputat qeyd edib.
"Mehr" agentliyi isə yazıb ki, İran hökuməti "Telegram"ın ölkədə yenidən fəaliyyət göstərməsi üçün bir sıra şərtlər irəli sürüb.